Polis Xankəndidə əməliyyat keçirdi
    • 5-04-2024, 09:36
    • 88

Polis Xankəndidə əməliyyat keçirdi

Polis əməkdaşları Xankəndi şəhərində silah-sursat tapılması istiqamətində araşdırmaları davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara, 37 patron darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.