Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə öldürdü
    • 29-05-2021, 11:53
    • 336

Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə öldürdü

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.

News24.az xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasinin avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. /Report az/