"TikTok" evi yandırdı
    • 5-04-2024, 19:30
    • 133

"TikTok" evi yandırdı

Gənc qadın evdə yemək bişirərkən çəkdiyi anları TikTokda yayımlamaq istəyib. 

News24.az xəbər verir ki, bu zaman sobadan çıxan yanğın aspiratora keçib. Aspirator qəflətən yanıb.

Yanğın bütün mətbəxi əhatə edib. Dəhşətə düşən gənc qadın nə edəcəyini bilməyib. “Evim yanır” deyə qışqırmağa başlayıb.

O, krandan doldurduğu bir stəkan su ilə yanğını söndürməyə çalışıb.

Günel Məlikzadə