85 yaşlı qadına 3 it hücum etdi
    • 5-04-2024, 19:45
    • 112

85 yaşlı qadına 3 it hücum etdi

Dəhşətli hadisənin ünvanı Antalyanın Akseki rayonu olub. 

News24.az xəbər verir ki, 85 yaşlı Havva Özen evinin qarşısında 3 çoban itinin hücumuna məruz qalıb. Özenin bədəninin bir çox nahiyəsini dişləyən itlər hadisəyə şahid olanlar tərəfindən qovularaq uzaqlaşdırılıb.

Həkimlər qadının öldüyünü müəyyən ediblər. Jandarma itlərin sahibinin müəyyən edilməsi üçün araşdırma başlatdı.

Qeyd edək ki, acılı hadisədən sonra rayon sakinləri aqressiv itlərin çoban itləri deyil, sahibsiz itlər olduğunu bildirərək, təcili tədbir görülməsini xahiş ediblər. Yaşlı qadının ölümünə səbəb olan itlərin daha əvvəl də uşaqlara hücum etdiyini bildiriblər.

Günel Məlikzadə