-
- 5-04-2024, 20:45
- 215
Argentinada çətin seçim: Çin yoxsa ABŞ?
ABŞ və Çin arasındakı rəqabət inkişaf etməkdə olan ölkələrə meydan oxumaqda davam edir. Dünya ölkələri ticarət, maliyyə və təhlükəsizlik kimi məsələlərdə ABŞ və ya Çinə sadiqlik arasında çətin seçim etmək məcburiyyətində qaldıqları halda, heç bir ölkədə bu seçim Argentinadakı qədər çətin deyil.
Cənubi Amerika ölkəsinin 276 faiz inflyasiyası, dövlət istiqrazlarının defolt tarixi və son 10 ildə altı tənəzzülü Argentinanı daha çox asılı vəziyyətə salır.
Mübahisəli açıqlamaları ilə tanınan Argentina prezidenti Xavyer Milei 8 ay əvvəl Ajrantinin prezident olacağı təqdirdə Çinlə əlaqələri məhdudlaşdıracağına söz vermişdi. “Bir sui-qəsdçi ilə iş görərdinizmi?” sualını vermişdi.
Milei, prezident seçildikdən sonra çox daha praqmatik bir mövqe tutaraq, Çin və Argentina arasındakı ticarət əlaqələrinin "bir zərrə qədər də" dəyişmədiyini,18 milyard dollarlıq valyutaya toxunmaq niyyətində olmadığını vurğuladı.
Argentina prezidenti Bloomberg-in baş redaktoru Con Mikletveytə verdiyi eksklüziv müsahibəsində deyib:
“Biz həmişə demişik ki, biz liberterik. İnsanlar Çinlə ticarət etmək istəyirlərsə, edə bilərlər. Çin ticarəti, sərmayəsi Argentina iqtisadiyyatının əmtəə və enerjidən bank işinə qədər böyük hissəsini idarə edir".
Günel Məlikzadə