-
- 28-03-2024, 19:45
- 223
Kolumbiya və Argentina arasında gərginlik artdı
Mileinin açıqlamalarından sonra Kolumbiya ilə Argentina arasında münasibətlər gərginləşib.
News24.az xəbər verir ki, Argentina prezidenti Xavyer Mileinin Kolumbiya prezidenti Qustavo Petronu “terrorçu” adlandırmasından sonra Kolumbiyanın Xarici İşlər Nazirliyi argentinalı diplomatların ölkədən çıxarılmasına göstəriş verib.
Bəyanatda deyilib ki, “Argentina prezidentinin şərhləri demokratik yolla seçilmiş prezident Peterin ləyaqətini təhqir etməklə yanaşı, millətimizin etibarını da zədələyib”.
Günel Məlikzadə