Yaponiya sahillərində 5,5 ballıq zəlzələ oldu
    • 6-04-2024, 09:20
    • 231

Yaponiya sahillərində 5,5 ballıq zəlzələ oldu

Yaponiya sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Sakit okeanın şimalında, Aomori prefekturasının şərqində, ocağı isə 10 km dərinlikdə yerləşib.