Tarkan və Mabel Matizdən şad xəbər
    • 6-04-2024, 14:25
    • 148

Tarkan və Mabel Matizdən şad xəbər

Bir müddət əvvəl “Fatih” albomu ilə adından söz etdirən məşhur müğənni Mabel Matiz Tarkanla birlikdə mahnı hazırladıqlarını bildirib.

News24.az xəbər verir ki, Saba Tümerin YouTube kanalında qonaq olan müğənni, "Onunla həqiqətən bir şey etmək istəyirəm. 1-2 ildir bir-birimizi tanıyırıq. Möhtəşəm insandır, böyük enerjidir. Mənə çox dəstək olur. Hər zaman xoş arzularını bölüşür. Niyyətimiz var, amma hələ mahnıya qərar verməmişik. İnşallah, düzgün mahnı tapanda duet gələcək" dedi.

Tümerin "Sənin mahnın, yoxsa onun mahnısı?" sualına o, "Hər ikisi də ola bilər. Kimin mahnısı olması haqda danışmamışıq. Amma "o mahnıdır" deyən kimi bunu edəcəyik" dedi. 

Günel Məlikzadə