Antiterror əməliyyatı zamanı ağır yaralanan zabitimiz vəfat etdi
    • 7-04-2024, 19:37
    • 180

Antiterror əməliyyatı zamanı ağır yaralanan zabitimiz vəfat etdi


2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 07 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!