Şirvanda avtomobil velosipedçini vurub
    • 7-04-2024, 21:31
    • 200

Şirvanda avtomobil velosipedçini vurub


Şirvanda yol-nəqliyyat hadisəsi olub.

News24.az bildirir ki, hadisə Şirvan Şəhər Təcili Yardım Məntəqəsinin yaxınlığında baş verib.

Velosipedlə hərəkətdə olan Şirvan sakini, 1972-ci il təvəllüdlü Məmmədov Vüsal Süleyman oğlunu avtomobil vuraraq ağır yaralayıb.

Müxtəlif xəsarətlər alan velosipedçi təcili yardım avtomobili ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.