Husilər Birtaniya və İsrail gəmilərini vurdu
    • 7-04-2024, 22:45
    • 160

Husilər Birtaniya və İsrail gəmilərini vurdu


"Ənsar Allah" hərəkatı (husilər) Qırmızı dənizdə Britaniya gəmisinə, həmçinin Hind okeanı və Ərəbistan dənizində iki İsrail gəmisinə raket zərbələri endirib.

News24.az xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

"Qüvvələrimiz Qırmızı dənizdə əməliyyat keçirərək, Britaniyanın "Hope Island" gəmisinə gəmi əleyhinə raketlərlə hücum edib. Eyni zamanda, işğal altındakı Fələstinin limanlarına gedən iki İsrail gəmisinə qarşı da əməliyyat keçiriblər",- o qeyd edib.

Onun sözlərinə görə, husilər Hind okeanı və Ərəbistan dənizində "Grace F" və "Gina" ticarət gəmilərinə hücum ediblər:

"Əməliyyat zamanı hədəflərinə uğurla çatan bir neçə ballistik və qanadlı raketlər buraxılıb".//teleqraf