-
- 8-04-2024, 12:16
- 395
Vardanyan Nobel sülh mükafatına namizəd oldu
Keçmiş separatçı qurumun "dövlət naziri", hazırda Azərbaycanda həbsdı olan Ruben Vardanyan "xeyriyyəçilik və humanitar fəaliyyətinə görə" 2024-cü il üçün Nobel sülh mükafatına namizəd göstərilib.
News24.az "Hraparak"a istinadən xəbər verir ki, bu barədə Ruben Vardanyanın ofisindən məlumat verilib.
Bildirilib ki, Vardanyanın namizədliyi bir neçə önəmli şəxslər tərəfindən irəli sürülüb.
Xatırladaq ki, ötən il sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış, 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Qumral