Qəbələdə QƏZA: Ölən var
    • 8-04-2024, 12:46
    • 121

Qəbələdə QƏZA: Ölən var

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Fərəcov Əli İsmayıl oğlu idarə etdiyi “KHAZAR SD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi ilə yolu keçən İbrahimxəlilov Araz Əziz oğlunu vurub. Hadisə nəticədə piyada aldığı xəsarətlərdən Qəbələ RMX-da ölüb.