Yuxu keyfiyyətini yaxşılaşdırmağın sadə yolu
    • 8-04-2024, 13:00
    • 498

Yuxu keyfiyyətini yaxşılaşdırmağın sadə yolu

Danimarka Texniki Universitetinin tədqiqatçıları 4 həftəlik təcrübədə yuxu keyfiyyətini yaxşılaşdırmağın sadə yolunu müəyyən ediblər. 29 nəfərin iştirakı ilə eksperiment aparılıb. Təcrübədə ventilyatorlarla işləyən müxtəlif havalandırma sistemləri olan otaqlardan istifadə edilib.

News24.az xəbər verir ki, müvafiq olaraq, zəif havalandırılan otaqlarda yuxu keyfiyyətinin azaldığı, yaxşı havalandırılan otaqlarda artdığı müşahidə edilmişdir.

Təcrübədə yuxu keyfiyyətini təyin edən ən əhəmiyyətli faktorun havalandırma sistemlərinin otaqdakı karbon dioksid nisbətini azaltması olduğuna diqqət çəkən elm adamları, güclü fan sistemlərinin də havadakı hissəcikləri daha təsirli şəkildə təmizlədiyini ifadə etdilər.

Araşdırmada, "Fan sürəti artırılaraq ventilyasiya sürəti artırıldığında, ölçülən yuxu keyfiyyətinin də yaxşılaşdığı müşahidə edildi" ifadə edilib. Daha təsirli ventilyasiya sistemlərinin gecə oyanma sürətini azaltdığı bildirilib. Tədqiqatçılardan Pawel Wargocki, otaqlardakı havalandırma səviyyəsinin idrak qabiliyyətinə təsir etdiyinə diqqət çəkərək dedi:

"Yataq otağındakı havanın keyfiyyəti diqqəti cəmləmək, anlamaq və reaksiya vermək kimi koqnitiv qabiliyyətlərinizə təsir edə bilər. Yaxşı havalandırılan yataq otağında yatmaq idrak qabiliyyətləriniz üçün daha faydalıdır."

Digər tərəfdən tədqiqatçılar gələcəkdə daha böyük bir qrupla təcrübə apararaq rütubət və karbon dioksid sıxlığı arasındakı əlaqəni yaxından araşdırmağı hədəflədiklərini ifadə etdilər.

Günel Məlikzadə