25 il əvvəl fəlakətə səbəb olmuşdu: yenə DƏHŞƏTLİ ZƏLZƏLƏ...
    • 8-04-2024, 20:08
    • 152

25 il əvvəl fəlakətə səbəb olmuşdu: yenə DƏHŞƏTLİ ZƏLZƏLƏ...

Bu gün Şimali Amerika qitəsində baş verəcək günəş tutulması bir çox insanda qorxuya səbəb olub. Günəş tutulması ilə yer qabığının təsir görəcəyi və tektonik hadisələrin olacağı ilə bağlı şayiələr 25 ildən sonra yeni müzakirələr başladıb.

Buna səbəb 11 avqust 1999-cu ildə baş verən Günəş tutulması ilə bağlıdır.

Bu tarixdən 6 gün sonra meydana gələn və mərkəzi Gölcükdə olan böyük zəlzələdə 20 mindən çox insan həyatını itirib.

İstanbul Universitetinin Elmlər Fakültəsinin Astronomiya kafedrasının müdiri, professor Adnan Ökten narahatlıqların əsassız olduğunu bildirib.

"Zaman-zaman əhali arasında qorxu və panika yaratmağa çalışan insanları görürük. Günəş tutulması ilə zəlzələ arasında heç bir əlaqə yoxdur. Statistik olaraq, tutulma və zəlzələ ehtimalı son dərəcə aşağıdır. Günəş tutulmasının dünyaya təsiri ilə bağlı əlavə narahatlıq yaradan hal yoxdur”, - professor qeyd edib.

Qeyd edək ki, bu gün baş verəcək tam Günəş tutulmasını Meksikadan, ABŞ-ın şərqindən və Kanadanın cənub-şərqindən müşahidə etmək olar. NASA-nın məlumatına görə, 2044-cü ilə qədər Birləşmiş Ştatlardan görünəndən başqa tam Günəş tutulması olmayacaq. (Publika.az)