-
- 8-04-2024, 21:45
- 261
İspaniya "Qızıl viza" tətbiqinə son qoyur
İspaniyanın Baş naziri Pedro Sançez ölkədə 2013-cü ildən qüvvədə olan, xaricilərə ya ev aldıqları, ya da sərmayə qoymaları halında müvəqqəti və ya daimi yaşayış icazəsi verilməsini nəzərdə tutan “Qızıl viza” tətbiqinin ləğv ediləcəyini açıqlayıb.
News24.az xəbər verir ki, Sevilyada keçirilən tədbirdəki çıxışında Sançes aprelin 9-da keçiriləcək həftəlik Nazirlər Şurasının iclasında Qızıl Viza tətbiqinin ləğvi ilə bağlı qərarın veriləcəyini açıqlayıb.
İspaniya hökuməti "Qızıl viza" tətbiqinin təsiri ilə ölkədə sürətlə artan mənzil qiymətlərini nəzarət altına almağı hədəfləyərkən, Sançes "Mənzilin spekulyativ bir iş deyil, haqq olması üçün lazımi tədbirləri görəcəyik" dedi.
Qeyd edək ki, İspaniyada “Qızıl viza”dan yararlananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirərkən, bundan faydalanan xarici vətəndaşların siyahısına baxıldığında Çin, Rusiya, İran, ABŞ və Venesuela ilk 5-likdə yer alıb.
Günel Məlikzadə