-
- 8-04-2024, 18:37
- 175
Rusiya səfirliyinə “Molotov kokteyli” atıldı
Aprelin 7-dən 8-nə keçən gecə Rusiyanın Vilnüsdəki səfirliyinə “Molotov kokteyli” atılıb.
News24.az xəbər verir ki, bu barədə Litvanın Delfi portalı məlumat yayıb.
Məlumata görə, Litvanın Polis İdarəsi aprelin 7 və 8-də Rusiyanın Vilnüsdəki səfirliyinə molotov kokteyli atıldığını bildirib. Səfirlik özü də bu məlumatı təsdiqləyib və əlavə edib ki, itki yoxdur.
İlk insident aprelin 7-nə keçən gecə baş verib: polisin məlumatına görə, hücum edən şəxs molotov kokteyli atıb və nəticədə binanın divarına ziyan dəyib. Dəymiş ziyan müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə