Sərnişin avtobusu yandı - ANBAAN GÖRÜNTÜLƏR
    • 9-04-2024, 09:15
    • 119

Sərnişin avtobusu yandı - ANBAAN GÖRÜNTÜLƏR

İzmir səfəri üçün Kocaelidən yola düşən Mürsəl Duranın idarə etdiyi Acarlar Turizm şirkətinə məxsus sərnişin avtobusu Bursa-İstanbul yolunda Orhangazi tunelinin girişində qəfil alovlanıb və yanmağa başlayıb.

News24.az xəbər verir ki, alovu görən avtobus sürücüsü nəqliyyat vasitəsini sağ zolağa çəkərək 39 sərnişini təxliyyə edib. Qısa müddətdə avtobusu alov topuna çevirən yanğın kameraya düşərkən, xəbər alındıqdan sonra əraziyə çoxlu yanğınsöndürən, tibb və polis işçiləri göndərilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərkən, avtobus hurdaya çevrilib.

Yanğın səbəbiylə tüstüdən təsirlənən sərnişinlərin sayı 16-ya yüksələrkən, tibb işçiləri yaralıları ilkin tibbi yardımdan sonra bölgədəki xəstəxanalara sövq edib.

Digər tərəfdən sərnişinlərin Berqamadakı bir obyektə işçi kimi getdiyi öyrənilib. Ehtiyat tədbiri olaraq dayandırılan nəqliyyatın hərəkəti tuneldə tüstü azaldığından tək zolaqlı olaraq yenidən açılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə