Çempionlar Liqasında 1/4 final mərhələsinə START VERİLƏCƏK
    • 9-04-2024, 11:01
    • 216

Çempionlar Liqasında 1/4 final mərhələsinə START VERİLƏCƏK

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

RTV xəbər verir ki, ilk gündə iki oyun baş tutacaq.

Turnirin favoritləri hesab edilən iki komanda,  “Real Madrid”lə “Mançester Siti” üz-üzə gələcək. “Kral klubu” ÇL-in ən titullu klubu, “şəhərlilər” isə son çempionudur.

Digər qarşılaşma Londonda keçiriləcək. “Arsenal” “Bavariya”nı qəbul edəcək. Almaniya klubu favorit sayılsa da, son vaxtlar gözlənilən oyunu sərgiləmir. 

Mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək.

Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.