-
- 30-04-2019, 10:10
- 1 515
Dövlət güzəşti ilə satılan kənd təsərrüfatı texnikalarının sayı artırıldı
Kənd Təsərrüfatı Nazirliyi güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının siyahısını genişləndirib. Yenilənmiş siyahıda 11 təyinat istiqaməti üzrə 60-dan artıq texnika və avadanlıq növü yer alıb.
News24.az xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev siyahıdakı yenilikləri belə şərh edib: “Əgər fermer və sahibkarlar əvvəllər yalnız “Aqrolizinq” xətti ilə 40-a yaxın adda texnika və avadanlığı dövlət güzəşti ilə əldə edə bilirdisə, indi istədikləri təchizatçıdan kənd təsərrüfatı təyinatlı istənilən texnikanı güzəştlə alacaqlar. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hazırlanmış və dövlət başçısının təsdiqlədiyi siyahı kənd təsərrüfatı texnikası satışının liberallaşdırılması istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır. Genişlənmiş siyahı fermer və sahibkarlara ölçüsündən və qiymətindən asılı olmayaraq istədikləri texnika və avadanlığa dəyərinin 40%-i dövlət tərəfindən ödənilməklə sahib olmaq imkanı verir”.
Agentlik sədri xatırladıb ki, dövlət başçısının 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara görə, alqı-satqı zamanı kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizini təchizatçı şirkətə dövlət ödəyir. Alıcı məbləğin cəmi 20 faizini ilkin ödəniş etməklə texnikaya sahib olur.
Texnikanın qiymətinin yerdə qalan 40%-i məbləğində alıcıya güzəştli kredit xətti açılır, lakin kreditin faizləri dövlət tərəfindən banka köçürür, texnika sahibi isə yalnız əsas məbləği 5 ilədək müddətdə hissə-hissə ödəyir.
Güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının
S İ Y A H I S I

№ | Texnikanın təyinatı | Texnika və texnoloji avadanlıqlar |
1. | Traktor və ekskavator (təkərli və tırtıllı) | 1.1. Ümumi təyinatlı kənd təsərrüfatı traktoru 1.2. Xüsusi təyinatlı kənd təsərrüfatı traktoru 1.3. Universal becərmə traktoru 1.4. Minitraktor 1.5. Yükləyici ekskavator |
2. | Torpaqhazırlama və becərmə texnikası | 2.1. Kotan 2.2. Riper 2.3. Kultivator 2.4. Mala 2.5. Daştəmizləyən və ya daşxırdalayan 2.6. Çalaqazan 2.7. Bitki qalıqlarını xırdalayan 2.8. Kanalaçan və suvarma şırımı açan 2.9. Tirədüzəldən 2.10. Çoxillik meyvə, giləmeyvə və çay bitkilərinin çətirinin yaş və quru budamasında istifadə edilən texnika |
3. | Səpin və əkin texnikası | 3.1. Toxumsəpən 3.2. Kombinəedilmiş toxumsəpən aqreqat 3.3. Şitiləkən 3.4. Kartofəkən 3.5. Meyvə tingi əkən maşın və qoşqu 3.6. Şitilhazırlayan konveyer |
4. | Biçin və yığım texnikası, maşın və qoşquları | 4.1. Dənli bitkiləri biçən kombayn və xeder (başlıq) 4.2. Pambıqyığan kombayn, maşın və qoşqu 4.3. Şəkər çuğunduru yığan kombayn, maşın və qoşqu 4.4. Kartofyığan kombayn, maşın və qoşqu 4.5. Tərəvəzyığan kombayn, maşın və qoşqu 4.6. Bağçılıqda istifadə olunan kombayn və yığım maşını (platforma) 4.7. Bitkilərin yerüstü kütləsinin biçilməsində və yığılmasında istifadə edilən texnika 4.8. Traktor qoşqusu (yedək) 4.9. Xüsusi təyinatlı qoşqu (heyvan daşıyan, dərman və gübrə daşıyan, rulon pres daşıyan, müxtəlif təyinatlı çənlər) |
5. | Gübrəsəpən və hazırlayan maşınlar, avadanlıq və qoşqular | 5.1. Bərk mineral və üzvi gübrəsəpən 5.2. Maye mineral və üzvi gübrəsəpən 5.3. Üzvi gübrə hazırlayan maşın və avadanlıq |
6. | Bitki mühafizəsi maşın və avadanlığı | 6.1. Çiləyici 6.2. Tozlayıcı 6.3. Toxumdərmanlayan |
7. | Suvarma sistemləri dəsti və avadanlığı | 7.1. Pivot tipli suvarma sistemi 7.2. Damcılı və yağışyağdırma tipli suvarma sistemi 7.3. Barabanlı (tamburlu) suvarma sistemi |
8. | İlkin emal avadanlığı | 8.1. Taxılyükləyən 8.2. Toxumqurudan 8.3. Qərzəkli meyvətəmizləyən maşın 8.4. Məhsulun və toxumun təmizlənməsi, çeşidlən-məsi və kalibrlənməsi üçün maşın 8.5. Meyvə, tütün, çay və digər kənd təsərrüfatı məhsullarını qurudan maşın, avadanlıq və qurğular |
9. | Heyvandarlıqda və quşçuluqda istifadə olunan texnika, maşın, avadanlıq, aqreqat və qurğular | 9.1. Südsağma avadanlığı və aqreqatları 9.2. Qırxım aqreqatları 9.3. Üzvi gübrə separatorları 9.4. Fermanı üzvi tullantılardan təmizləyən avadanlıq 9.5. Qaşıma fırçası 9.6. Heyvan saxlanılan qurğu və avadanlıq 9.7. Quş qəfəsləri 9.8. İnkubator dəstləri |
10. | Yem istehsalında, tədarükündə və yemləmədə istifadə olunan maşın, avadanlıq və texnika | 10.1. Otbiçən kombayn və maşın 10.2. Senaj və silos hazırlanmasında istifadə olunan kombayn və qoşqu 10.3. Dırmıq 10.4. Yığıb-presbağlayan və presi polietilen örtüyə bükən maşın 10.5. Yükləyici 10.6. Otçevirən, yandırmıqlı və samanqarışdıran texnika 10.7. Asılan, qoşulan və özüyeriyən tipli xırdalayıcı, qarışdırıcı və paylayıcı 10.8. Yem istehsal edən texnoloji avadanlıq |
11. | İnnovativ texnika və texnoloji avadanlıq | 11.1. Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş dronlar, robot texnikası və ağıllı idarəetmə üzrə texnoloji avadanlıq 11.2. Kənd Təsərrüfatı Nazirliyinin layihələrində istifadə olunan kənd təsərrüfatı təyinatlı innovativ texnika və texnoloji avadanlıq |