-
- 9-04-2024, 15:19
- 254
Türkiyənin ixrac məhdudiyyətinə İsraildən - REAKSİYA
Türkiyənin İsraillə ticarətə məhdudiyyətlər qoymasından sonra İsrailin xarici işlər naziri Katz açıqlama verib.
News24.az xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.
Türkiyənin İsraillə ticarət müqavilələrini birtərəfli qaydada pozduğunu bildirən Katz, prezident Rəcəb Tayyib Ərdoğanın HƏMAS-a dəstək üçün Türkiyənin iqtisadi maraqlarını qurban verdiyini iddia edib.
Katz bildirib ki, Türkiyənin İsraillə ixracata qoyduğu məhdudiyyətlərə cavab olaraq, İsrail Türkiyədən gələn məhsullara öz ticarət məhdudiyyətlərini hazırlayacaq.
Mehriban Mirzəzadə