-
- 9-04-2024, 19:30
- 469
Hepatit B və C infeksiyasından hər gün 3500 insan ölür
ÜST-ün dərc etdiyi “2024 Qlobal Hepatit Hesabatı”nda hepatitdən ölüm hallarının artdığı bildirilib.
News24.az xəbər verir ki, hesabatda hər il 1 milyon 300 min insanın viral hepatitdən öldüyü qeyd edilsə də, dünyada yoluxucu xəstəliklərdən ölüm hallarının ikinci ən böyük səbəbi hepatit olduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının 187 ölkədən aldığı yeni məlumatlara əsasən, viral hepatitdən ölənlərin təxmini sayı 2019-cu ildəki 1,1 milyondan 2022-ci ildə 1,3 milyona yüksəlib. “Bu ölümlərin 83 faizi hepatit B, 17 faizinə isə Hepatit C səbəb olur. Hepatit B və C infeksiyaları səbəbindən dünyada hər gün 3500 insan ölür" deyə məlumat verilmişdir.
Bundan əlavə, hesabatda xroniki hepatit B və C infeksiyalarının yarısının 30-54 yaş arasında, 12 faizinin isə 18 yaşa qədər uşaqlar arasında olduğu bildirilib.
Günel Məlikzadə