Tomat pastası ilə ehtiyatlı olun: 1 qramı 1 milyon insanı öldürə bilər
    • 9-04-2024, 22:00
    • 624

Tomat pastası ilə ehtiyatlı olun: 1 qramı 1 milyon insanı öldürə bilər

Ərzaq fırıldaqçıları masamızda demək olar ki, hər şeyə göz dikib. Bunlardan biri də süfrələrimizin vacib hissəsi olan tomat pastasıdır. Bəs sağlam olmayan şəraitdə istehsal olunan tomat pastasının istehlakı sağlamlığımıza necə təsir edər?

News24.az Publika.az-a istinadla xəbər verir ki, Ankara Universiteti Qida Təhlükəsizliyi İnstitutunun direktoru Prof. Dr. Nevzat Artık qida məhsulunda istifadə ediləcək qatqının tənzimləmədə müəyyən edildiyini deyib.

“Qida boyaları düzgün istifadə edilmədikdə dəridə müxtəlif allergiya və ya kiçik ziyillər görünə bilər. Tomat pastası qutusu və ya banka açıldıqdan sonra onu şüşə qaba köçürmək və -18 dərəcədə soyuducunun dondurucu bölməsində saxlamaq lazımdır. Tomat pastası soyuducuda 4-12 dərəcədə kiflənir və yağ əlavə etmək də bunu həll etmir”,- professor qeyd edib.

Hazır satılan tomat pastasının risklərindən qaçmaq üçün evdə konservləşdirmədən tez-tez istifadə edilir. Konservləşdirilmiş qidalarda bişirmə zamanı adekvat temperaturun müşahidə olunmadığı halda, konserv zəhəri olaraq da bilinən “clostiridium botulinum” adlı bakteriyalar meydana gəlir.

Qida mühəndisi Ebru Akdağ bir qram “botulinum” toksininin 1 milyon insanı öldürəcək qədər güclü olduğunu bildirib: “Qidaların öz turşuluq səviyyələri var. Bəzi pomidorların turşuluq səviyyəsi aşağı olduğundan, tomat pastası və pomidor qarışıqlarını qaynadıb konserv hazırlamaq riskli ola bilər”.