Etirazçılar hökumət binasını yandırdılar
    • 10-04-2024, 14:56
    • 201

Etirazçılar hökumət binasını yandırdılar

Meksikanın cənubunda etirazçılar ştatın hökumət binasını və dayanacaqdakı avtomobilləri yandırıblar. 

News24.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Məlumata görə, etirazlar Gerrero ştatının paytaxtı Çilpansinqo şəhərində keçirilib.

Nümayişçilər 2014-cü ildə kənd müəllim texnikumunun 43 tələbəsinin itkin düşməsi ilə bağlı hakimiyyətdən cavab tələb edirlər.

Aksiyalar zamanı azı 12 avtomobil yandırılıb.

Mehriban Mirzəzadə