Mi-24 helikopteri qəzaya uğradı
    • 10-04-2024, 15:23
    • 118

Mi-24 helikopteri qəzaya uğradı

Rusiyanın Mi-24 helikopteri Krımın qərb sahili yaxınlığında Qara dəniz üzərində təyyarə qəzası səbəbindən qəzaya uğrayıb. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, qəza aprelin 10-da Moskva vaxtı ilə saat 6:00 radələrində baş verib. Döyüş maşını Qara dəniz üzərində planlı uçuş həyata keçiririb. Texniki səbəblərə görə helikopter Krımın qərb sahilində qəzaya uğrayıb.

“Qəzanın ilkin səbəbi təyyarənin nasazlığıdır. Hadisə yerində axtarış-xilasetmə xidməti işləyir”, - məlumatda deyilir.

Mehriban Mirzəzadə