-
- 10-04-2024, 19:10
- 298
Sevdiyim xanımı anam da gəlin etmək istəyirmiş - Balaəli
Meyxanaçı Balaəli şəxsi həyatından danışıb.
O, qatıldığı şou proqramların birində çox xoşbəxt olduğunu deyib.
"Xanımımı görüb bəyənmişdim. Təsadüfən anam da mənə onun adını çəkdi, dedi istəyirəm o qızla evlənəsən. Ailəmlə xoşbəxtəm. 6 yaşında Dəniz adlı bir qızım var", - deyə meyxanaçı bildirib.
O söyləyib ki, tək dərdi anasını itirməyidir:
"Çox istərdim o mənim bu günlərimi, əlimin çörəyə çatdığını görəydi". (lent.az)