Sevda yeni imicdə - FOTO
    • 10-04-2024, 17:30
    • 409

Sevda yeni imicdə - FOTO

Müğənni Sevda Yahyayeva imicini dəyişib.

News24.az OLAY-a istinadla yazır ki, ifaçı uzun saçlarını qısaldıb və rəngini açıb. O, yeni mahnısı “24/7” üçün bu addımı atıb.

“Qonaqcanlı” verilişində qonaq olan müğənni sözügedən mahnı üçün etdirdiyi fotosessiyasından görüntüləri təqdim edib və bəstənin qısa bir hissəsi səslənib.

“Mahnı 10 günə yeni fotolarla birgə təqdim olunacaq. Bu mahnının musiqisi və sözü Nicat Məlikova aiddir. Mənim “Tənhalıq qaranlıq” mahnımın da bəstəkarıdır. Yeni və çox fərqli mahnıdır. Repertuarımda ilk dəfədir belə mahnı oxuyuram”, - deyə, o, söyləyib.