Tiktoker “Po jizni Cesi” və “Roşka” saxlanıldı
    • 11-04-2024, 09:45
    • 455

Tiktoker “Po jizni Cesi” və “Roşka” saxlanıldı

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.