Dəhşətli yol qəzası - XEYLİ SAYDA ÖLƏN VAR
    • 11-04-2024, 18:02
    • 123

Dəhşətli yol qəzası - XEYLİ SAYDA ÖLƏN VAR

Pakistanın Bəlucistan əyalətinin Hub rayonunda sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb. 

News24.az xəbər verir ki, bu barədə Geo telekanalı məlumat yayıb.

Məlumata görə, avtobusun sərnişinləri Thatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub. Bildirilir ki, sürücü çətin yolda idarəetməni itirib və nəticədə avtomobil dərəyə aşıb.

Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə