Sərnişin qatarı qayaya çırpıldı – DƏHŞƏTLİ QƏZA
    • 11-04-2024, 18:14
    • 115

Sərnişin qatarı qayaya çırpıldı – DƏHŞƏTLİ QƏZA

“Puyuma Ekspress” sürətli qatarı relslərə düşən qaya parçalarına çırpılıb.

News24.az xəbər verir ki, bu barədə Lianhe Xinwenwan portalı məlumat yayıb.

Məlumata görə, iki vaqon relsdən çıxıb.

Bildirilir ki, hadisə cümə axşamı gecə Hualien qraflığının Hepinq stansiyasının yaxınlığında baş verib. Hadisə zamanı qatarda 146 sərnişin olub, onlardan heç biri xəsarət almayıb.

Tayvan Dəmir Yolu qatarın yedəklə depoya aparıldığını və həmin hissədə xidmətin bərpa edildiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə