Bolqarıstanda qatar dəmir yolu keçidində yük maşını ilə toqquşub
    • 7-06-2022, 17:02
    • 284

Bolqarıstanda qatar dəmir yolu keçidində yük maşını ilə toqquşub

Çərşənbə axşamı Bolqarıstanın Vidin şəhəri yaxınlığında mühafizə olunmayan dəmir yolu keçidində sürətli sərnişin qatarı yük maşını ilə toqquşub. İlkin məlumata əsasən, iki maşinist və yük maşını sürücüsü həlak olub.

News24.az  TASS-a istinadən xəbər verir ki, bu barədə “Nova” telekanalı məlumat yayıb.

Xatırladaq ki, qəza 13:30 radələrində baş verib. Nəticədə lokomotiv və vaqonların bir neçəsi relsdən çıxıb.