Oğruların bayram namazı fürsəti: Mağazanı qarət etdilər
    • 11-04-2024, 12:05
    • 302

Oğruların bayram namazı fürsəti: Mağazanı qarət etdilər

İstanbulun Beylikdüzündə bayram namazı vaxtı mağazaya oğru girib.

News24.az xəbər verir ki, hadisə dünən səhər saat 07.20 radələrində Kavaklı səmtindəki Olimpiya küçəsində baş verib.

İddialara görə, fürsətdən istifadə edərək mağaza sahibi Nuri Ercanın bayram namazına gedən oğrular nömrəsiz mikroavtobusla yaxınlaşdıqları mağazanın qıfılını sındıraraq mağazaya daxil olublar.

Mağaza sahibinin uşaqlarının velosipedlərini, skuterlərini və akkumulyatorlu avtomobillərini iş yerindən mikroavtobusa daşıyaraq qaçıran iki oğru ərazidəki vətəndaşın fərqinə vardıqdan sonra tez bir zamanda mağazadan qaçıblar.

Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Kadrlarda oğruların nömrəsiz qara rəngli mikroavtobusla mağazanın qarşısına gələrək qapını zorla açdıqları, daha sonra isə velosipedləri və akkumulyatorla işləyən avtomobili oğurladıqları görünür.

Mağaza sahibinin uşaqları velosipedlərinin tapılaraq geri gətirilməsini istəyərkən, Nuri Ercanın oğurluq hadisəsi ilə bağlı şikayət edəcəyi öyrənilib.

Günel Məlikzadə