Prezident təqaüdləri üzrə 171 mln. manat ödənilib
    • 11-04-2024, 12:55
    • 425

Prezident təqaüdləri üzrə 171 mln. manat ödənilib

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 466 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 267 mln. manat, Prezident təqaüdləri üzrə 171 mln. manat ödənilib.

Cari ilin üç ayında 39 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 609 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.