Astarada kafe, İsmayıllıda mağaza yanıb
    • 11-04-2024, 13:35
    • 186

Astarada kafe, İsmayıllıda mağaza yanıb

Astara rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.

News24.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İsmayıllı rayonunun Keyvəndi kəndində isə ümumi sahəsi 10 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.