-
- 11-04-2024, 16:35
- 449
Netanyahu: "Qəzzadan başqa bölgələrdə də müharibəyə hazırıq"
İsrail bu yaxınlarda Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücum edib və nəticədə 7 yüksək səviyyəli hərbi məsləhətçi öldürülüb.
News24.az xəbər verir ki, İran hücumdan sonra artan gərginliyə görə cavab addımı atacağını açıq şəkildə bildirsə də, İsrail prezidenti Binyamin Netanyahu açıqlama verib.
Netanyahu bu bəyanatı İsrail qüvvələrinə məxsus hava bazasına səfərindən sonra verib.
O, bildirib ki, “İsrail Qəzzada müharibəsini davam etdirir, eyni zamanda başqa ərazilərdə də ssenarilər hazırlayır”.
Netanyahu bildirib ki, Qəzzada müharibə davam edərkən digər bölgələrdən gələn təhdidlərə və başqa arenalarda müharibə ehtimalına da hazırlaşırlar.
Netanyahu açıqlamasında "İsrailin həm müdafiə, həm də hücumda təhlükəsizlik ehtiyaclarını qarşılamağa hazırlaşırıq. Kim bizə zərər verirsə, biz də onlara zərər verəcəyik" deyib.
Günel Məlikzadə