-
- 11-04-2024, 19:15
- 206
Ukrayna və Latviya təhlükəsizlik sazişi imzaladı
Vladimir Zelenski cümə axşamı Latviya prezidenti Edqars Rinkeviçlə ikitərəfli təhlükəsizlik sazişi imzaladığını bildirib.
News24.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Qeyd edək ki, Zelenski hazırda Litvanın paytaxtı Vilnüsdədir və burada Üç Dəniz Təşəbbüsünün iştirakçı ölkələrinin sammitində iştirak edir.
Ukrayna prezidenti öz teleqram kanalında bildirib ki, sazişin bir hissəsi kimi Latviya hər il Kiyevə ÜDM-in 0,25%-i həcmində hərbi yardım göstərməyi öhdəsinə götürüb. O, həmçinin kibertəhlükəsizlik, minalardan təmizləmə və dron texnologiyası sahələrində Ukraynaya kömək etmək üçün on illik öhdəlik götürüb.
Mehriban Mirzəzadə