Zelenski Litvaya getdi
    • 10-01-2024, 18:10
    • 189

Zelenski Litvaya getdi

Ukrayna prezidenti Vladimir Zelenski Litvanın paytaxtı Vilnüsə səfər edib. 

News24.az Ukraynanın UNIAN agentliyinə istinadən xəbər verir ki, o, Litvanın prezidenti, eləcə də Litvanın baş naziri və Seymin sədri ilə görüşməyi planlaşdırır.


Ölkə liderləri Litva Prezidenti Gitanas Nauseda və Vladimir Zelenski Rusiya-Ukrayna hərbi münaqişəsini, həmçinin Ukraynaya maliyyə dəstəyi və Ukraynanın Aİ və NATO-ya inteqrasiyası məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, Vladimir Zelenski Ukrayna prezidenti kimi 4-cü dəfə Litvaya səfər edir. O, sonuncu dəfə Litvada 2023-cü ilin iyulunda NATO sammitində olub. Həmçinin 2023-cü ilin sentyabrında Litva hakimiyyəti Ukraynaya 500 milyon avro məbləğində yeni hərbi yardım paketi elan edib. Bundan əlavə, Litva payızda NASAMS orta mənzilli raket qurğularını Ukraynaya təhvil verib.