Lukaşenko Moskvaya gəldi
    • 11-04-2024, 19:45
    • 103

Lukaşenko Moskvaya gəldi

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya səfər edib.

News24.az xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.

Məlumata görə, Lukaşenkonu ölkənin ilk qadın kosmonavtı Marina Vasilevska da müşayiət edir.

Bildirilir ki, Prezidentlərin regional və beynəlxalq vəziyyəti, çağırış və təhdidlərə cavab tədbirlərinin əlaqələndirilməsini müzakirə edəcəklər.

Həmçinin Lukaşenkonun bu gün Putinlə görüşəcəyi, növbəti gün isə Kosmonavtika Günü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Mehriban Mirzəzadə