Bağırsaqlarınızın sağlam olmadığını göstərən 5 əlamət
    • 11-04-2024, 19:55
    • 538

Bağırsaqlarınızın sağlam olmadığını göstərən 5 əlamət

Sağlam həyat sürmək üçün bağırsaqlar böyük əhəmiyyət kəsb edir. Bəs bağırsaqlarınızın sağlam olub olmadığını necə bilirsiniz?

News24.az bağırsaqlarınızın sağlam olmadığını göstərən 5 əlaməti təqdim edir:

1- Narahat mədə

Əgər tez-tez qəbizlik, ishal, qaz və ya şişkinlik kimi bağırsaq problemləri ilə üzləşirsinizsə, bağırsaqlarınız problemli ola bilər. Mütləq həkimə müraciət etməlisiniz.

2- Şəkər istəyi

Həddindən artıq şəkər yemək bağırsaqlarda bir çox zərərli bakteriyaların artmasına səbəb ola bilər. Daim şəkərə can atırsınızsa, bağırsaqlarınızda zərərli bakteriyaların əmələ gəlməsi ehtimalı var. Uzun müddətdə bağırsaqlarınıza zərər vermək istəmirsinizsə, rafine şəkərdən uzaq durun.

3- Yuxu pozğunluğunun olması

Sağlam olmayan bağırsaq yuxu pozğunluğuna səbəb ola bilər ki, bu da xroniki yorğunluq və bir çox başqa problemlərə səbəb olur.

4- Xroniki yorğunluq

Əgər xroniki yorğunluq yaşayırsınızsa, bu həyəcan siqnalıdır. Çünki bağırsaqlarınızdakı sağlam bakteriyaların balanssızlığı sizi daim yorğun hiss edir.

5- Çəki dəyişiklikləri

Balanssız bağırsaq çəkinizin azalmasına və ya artmasına səbəb ola bilər. Tədqiqatlar həmçinin göstərir ki, çəki qazanmaq və ya itirmək bağırsaqda zərərli bakteriyaların çoxalmasına və ya qida çatışmazlığına səbəb ola bilər.

Mehriban Mirzəzadə