Bakıda insanlar ən çox bu xəstəlikdən vəfat edir - VİDEO
    • 12-04-2024, 09:53
    • 437

Bakıda insanlar ən çox bu xəstəlikdən vəfat edir - VİDEO

Bakıda hər 100 nəfərdən 68-i ürək- damar xəstəlikləri səbəbindən dünyasını dəyişir. 

News24.az xezerxeber.az-a istinadən bildirir ki, ötən ilin yanvar ayında paytaxtda baş verən 900 ölüm hadisəsi qeydə  alınıb. Bunun da 610-u, yəni 68 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verib.

Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatında bildirlir ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri hələ də üstünlük təşkil edir.

Həkim Anar Əmrah bildirir ki,  təzyiqi olan insanlar həyat tərzini dəyişdirməli, artıq çəkidən azad olmalı, duzdan istifadəni məhdudlaşdırmalıdırlar.

Qeyd edək ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir.