Rüstəm Məmmədov faciəvi şəkildə öldü
    • 12-04-2024, 11:15
    • 295

Rüstəm Məmmədov faciəvi şəkildə öldü

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, aprelin 12-də saat 04:00 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi“Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.