Şəkidə FACİƏ: ÖLƏN VAR
    • 15-09-2023, 10:03
    • 416

Şəkidə FACİƏ: ÖLƏN VAR

Şəkidə sərnişin daşıyan mikroavtobus piyadanı vurub.

News24.az  xəbər verir ki, hadisə bu gün səhər saat 08 radələrində şəhərin M. Ə. Rəsulzadə küçəsində baş verib.

Şəhər arası sərnişin daşıyan Vüqar Məmmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 1953-cü il təvəllüdlü Cəfərov Seyfəddin Fəxrəddin oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Cəfərov hadisə yerində ölüb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional Qrupundan Şəki şəhər ərazisində piyadanın vurulması faktı təsdiqlənib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.