Hərbçi qəbiristanlıqda iki qardaşı GÜLLƏLƏDİ
    • 12-04-2024, 11:42
    • 442

Hərbçi qəbiristanlıqda iki qardaşı GÜLLƏLƏDİ

Türkiyədə qəbiristanlıqda qətl törədilib.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Afyonkarahisar şəhərinin Yayman kəndində baş verib. Müddətdən artıq hərbi qulluqçu 46 yaşlı K.K. qəbiristanlıqda alaq otlarının yandırılması məsələsinə görə, iki qardaş 36 yaşlı H.H.K. və 30 yaşlı B.K. ilə mübahisə edib.

Mübahisənin böyüməsi nəticəsində hərbçi qardaşlara atəş açıb. Bədəninin müxtəlif yerlərindən güllə yarası alan H.H.K. xəstəxanada ölüb.

Hadisəni törədən K.K. isə polisə təslim olub.

Hazırda araşdırma aparılır.