“Liverpul” antirekordunu təkrarlayıb
    • 12-04-2024, 12:41
    • 310

“Liverpul” antirekordunu təkrarlayıb

"Liverpul" avrokuboklarda tarixinin ən ağır ev məğlubiyyətini təkrarlayıb.

News24.az İdman.Biz-ə istinadən bildirir ki, Yurgen Kloppun yetirmələri Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atalanta"ya 0:3 hesabı ilə uduzub.

İngiltərə klubu tarixində 3-cü dəfə evdəki avrokubok matçında üç top fərqi ilə məğlub olub. "Atalanta"ya qədər yalnız "Real" "Liverpul"un meydanında belə qələbələr qazanıb. 2014-cü ildə 3:0 hesablı qələbə qazanan İspaniya klubu 2023-cü ildə də eyni fərqlə qalib gəlib - 5:2.

Qeyd edək ki, "Liverpul"la "Atalanta" arasında cavab görüşü aprelin 18-də keçiriləcək.