Məşhur aktyor ilə bağlı üzücü XƏBƏR
    • 12-04-2024, 19:55
    • 258

Məşhur aktyor ilə bağlı üzücü XƏBƏR

Alman aktyor Til Şvayger hazırda sepsislə mübarizə aparır.

News24.az oxu.az-a istinadla bildirir ki, əgər müalicə uğursuz olsa, o ayağını itirə bilər. Hazırda Şvayger Mayorka adasındakı klinikadadır.

“Avqust ayından ayağımda yara olduğu üçün iki həftədir xəstəxanada antibiotik qəbul edirəm. O zaman baldırım zədələndi və içəriyə mikroblar daxil oldu. Təəssüf ki, vəziyyət getdikcə pisləşir”, - deyə aktyor “Bild”ə açıqlamasında deyib.

Məlumata görə, onun ayağının amputasiya edilmə riski var.

Aktyor özünü yaxşı hiss etmədiyini bildirib. Cümə axşamı gecə onun hərarəti yenidən yüksəlib.