Sükut pozuldu: Şahzadə Uilyam və oğlu ilk dəfə görüldü
    • 12-04-2024, 21:48
    • 206

Sükut pozuldu: Şahzadə Uilyam və oğlu ilk dəfə görüldü

Britaniya şahzadəsi Uilyam Keyt Middltona xərçəng diaqnozu qoyulandan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Şahzadə Aston Villanın Konfrans Liqası matçında oğlu Corc ilə ata-oğul günü keçirərkən görüntülənib.

News24.az xəbər verir ki, Uels şahzadəsi Uilyam böyük oğlu Şahzadə Corc ilə Villa Parkın tribunalarında oyunu izləyib.

Aston Villanın həvəskar fanatı olan Uilyam əynində mavi tərəfdar şərfi taxmış gülümsəyən oğlu ilə söhbət edərkən görüntülənib.

Günel Məlikzadə