İran "Lufthansa" ittihamlarını rədd edir
    • 12-04-2024, 16:40
    • 320

İran "Lufthansa" ittihamlarını rədd edir

İran rəsmisi Lufthansa-nın Tehrana bütün uçuşları ləğv etməsi ilə bağlı açıqlamaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

News24.az xəbər verir ki, Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Səid Çələndəri Ramazan bayramında hava limanından təxminən 1000 uçuş həyata keçirildiyini və heç bir ləğv olmadığını bildirib.

Çələndəri "Sosial mediada Lufthansa-nın İrana uçuşları ləğv etdiyinə dair məlumat var idi. Lufthansa-nın əvvəlcədən ləğv edilmiş bir və ya üç uçuşu var. Bunun xaricində ləğvdən söhbət gedə bilməz" dedi. 

İran rəsmisi qeyd edib ki, “Lufthansa” aprelin 7-i bazar günündən etibarən İrana planlı uçuşlar həyata keçirir.

Xatırladaq ki, Lufthansa Hava Yollarının sözçüsü aprelin 10-da bildirmişdi ki, Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar şirkət aprelin 11-dək Tehrana və Tehrandan uçuşları dayandırmağa qərar verib.

Günel Məlikzadə