Məşhur modelyer Zampatti VƏFAT ETDİ
    • 3-04-2021, 10:43
    • 376

Məşhur modelyer Zampatti VƏFAT ETDİ

Məhşur modelyer Karla Maria Zampatti 78 yaşında Avstraliyada vəfat edib.

News24.az xəbər verir ki, bu barədə "Reuters" ğlkənin baş Baş nazir Skott Morrisonun açıqlamasına istinadən xəbər yayıb.

Karla Maria Zampatti 26 mart tarixində "Traviata" premyerasında pilləkənlərdən yıxılaraq huşunu itirib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Karla Zampatti 1942-ci ildə İtaliyada anadan olub. Səkkiz yaşında olanda ailə Avstraliyaya köçüb. Keyt Blaşett və Nikol Kidman kimi Hollivud ulduzları Zampattinin geyimlərini geyiniblər.