Azərbaycanda oğul atasını bıçaqladı
    • 21-12-2023, 12:30
    • 153

Azərbaycanda oğul atasını bıçaqladı

İsmayıllıda ailə-məişət zəminində oğul atasını bıçaqlayıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki,  29 yaşlı İsmayıllı şəhər sakini Emin Maarifli aralarında yaranan mübahisə zamanı 53 yaşlı atası Sübhan Dadaşovu bıçaqlayıb. S.Dadaşov xəstəxanaya yerləşdirilib.

İlkin məlumatda oğlun hadisəni törədən zaman sərxoş olduğu bildirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.