Vitamin C zərdabını necə istifadə etməliyik?
    • 13-04-2024, 14:50
    • 314

Vitamin C zərdabını necə istifadə etməliyik?

Yaşlanma əleyhinə təsirləri ilə yanaşı dərimizə parlaqlıq və təravət qatan vitamin C zərdabı son illərin ən populyar məhsullarındandır. 

News24.az xəbər verir ki, vitamin C zərdabı ləkələrin əmələ gəlməsini azaldır. 

Bəs üzə vitamin C zərdabı necə tətbiq etmək olar?

Vitamin C zərdabı təmiz dəriyə tətbiq edilməlidir. Dərinizi təmizləyici gellə yuduqdan sonra spirtsiz toniklə təmizləmənizi məsləhətdir. Çünki tonerdən istifadə dərinizin məhsulları daha yaxşı mənimsəməsinə kömək edəcək. Sonra zərdabınızı əlinizə atın və göz ətrafınızdan qaçaraq üzünüzə masaj edin. Serum dərinizdə yaxşıca quruduqdan sonra nəmləndiricinizi də üzünüzə çəkə bilərsiniz.

Günel Məlikzadə